Xurşidbanu Natəvanın güllələnmiş büstü
Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın adı Azərbaycan xalqının yaddaşına görkəmli şairə, maarifpərvər, rəssam və ictimai xadim kimi əbədi həkk olunmuşdur. Təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada mühüm xidmətləri olmuş böyük xeyriyyəçi Xurşidbanu Natəvan Şuşa şəhərinə içməli su çəkdirmiş və abadlıq işlərinə xüsusi qayğı göstərmişdir. O, Şuşada “Məclisi-üns” (Dostluq məclisi) adlı ədəbi məclisin əsas təşkilatçılarından biri olaraq maarifin inkişafına dəstək vermişdir. Xurşidbanu Natəvanın tuncdan olan büstü azərbaycanlı heykəltəraş, Əməkdər incəsənət xadimi Həyat Abdullayeva tərəfindən hazırlanmışdır. 1982-ci ildə açılan büst 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq ciddi şəkildə zədələnmiş və sonradan metal kimi xarici ölkəyə satılmışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1992-cü ildə geri alınaraq Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş etdirmək üçün Bakıya gətirilmişdir. 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında bərpa edilərək Şuşaya qaytarılmışdır.
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5027
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142