XVIII əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 355
Şuşa şəhərinin Saatlı məhəlləsində yerləşən tarixi məsciddir. Məscid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında Pənah Əli xanın 1759-cu ildə Şuşada tikdirdiyi məscid və mədrəsənin yerində tikilib. Bu mədrəsədə 1759-cu uldə Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif dərs demişdi. Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır. İşğal zamanı məscidin minarəsinin eyvanı erməni terrorçuları tərəfindən qumbaraatanlardan atılan mərminin partlaması nəticəsində dağıdılmış, binanın interyerinin nəfis işləmələri, şəbəkə üslubunda olan pəncərələri məhv edilmiş, daş döşəməsi oğurlanıb aparılmışdır. Sonradan məscidin binasına yersiz müdaxilələr edilməklə “bərpa” adı altında erməni işğalçıları tərəfindən dəyişikliklər edilmişdir. Binanın damında xaç formasında dəyişikliklər və əlavələr edilmişdir. Şəhər işğaldan azad ediləndən sonra məscid əvvəlki görkəmində bərpa edilmişdir.
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5027
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142