Üzeyir Hacıbəyovun büstü

Üzeyir Hacıbəyovun güllələnmiş büstü

Xalq artisti, görkəmli bəstəkar, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəyli Azərbaycanın milli bəstəkarlıq məktəbinin təməlini qoymuş dahi sənətkardır. Müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu olan Üzeyir Hacıbəyli musiqi tarixinə müsəlman Şərqində ilk opera əsəri olan “Leyli və Məcnun” (1908) operasının yaradıcısı kimi daxil olmuşdur. Azərbaycan dövlət himninin müəllifi olan Üzeyir Hacıbəylinin tuncdan olan büstü Xalq rəssamı Xanlar Əhmədov və Əməkdar rəssam Namiq Dadaşov tərəfindən hazırlanmışdır. 1984-cü ildə açılan büst 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq ciddi şəkildə zədələnmiş və sonradan metal kimi xarici ölkəyə satılmışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1992-cü ildə geri alınaraq Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş etdirmək üçün Bakıya gətirilmişdir. 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında bərpa edilərək Şuşaya qaytarılmışdır.

Digər tarixi abidələr