XVIII əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 344
XVIII əsrin memarlıq abidəsidir. Cümə məscididir. Bu məscidin yerində hələ Şuşanın əsası qoyulan kimi, yəni 1752-ci ildə Pənahəli xanın təşəbbüsü ilə məscid inşa edilib. Sonradan həmin məscidin yerində 1769-cu ildə iki minarəli gözəl məscid binası inşa edilib. Bəzi məlumatlara görə XIX əsrin əvvəllərində bu məscid rekonstruksiya edilmişdir. Həmin məscidin rəsmləri məşhur rus batal rəssamı və səyyahı Vereşagin tərəfindən çəkilmişdir. 1883-cü ildə II Qarabağ xanı İbrahimxəlil xanın qızı, Azərbaycan şairəsi və xeyriyyəçisi Gövhər Ağa Cavanşirin vəsaiti hesabına məscid günümüzə çatmış görkəmində bərpa edilmişdir. Bu səbəbdən də məscidin adı şairənin adı ilə bağlıdır. İşğal zamanı məscidin minarələri qumbaraatanlardan atəşə tutulmuş, binanın özünün partladılmasına cəhd edilmiş, bu məqsədlə daxili dirəklər zədələnmiş, sonradanməscid uzun illər baxımsız qalmışdır. Şəhər işğaldan azad ediləndən sonra məscid tam bərpa edilmişdir.
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5027
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142