Xan bağı (Tut bağı)

Məntəqə haqqında məlumat

Keçmişdə Xan bağı və Xan qızı Natəvanın bağı kimi tanınan tut bağındasınız. Bu tarixi tut bağı 1805-ci ildə Qarabağ xanı İbrahimxəlil xan tərəfindən ipəkçiliyə təkan vermək məqsədilə salınmışdır. Bildiyiniz kimi ipəyi əmələ gətirən barama qurdları tut yarpağı ilə bəslənir. Buradakı ağacların yaşı 150 ili keçmişdir.

Tut bağı  xanlıq və çar Rusiyası dövründə gəzinti – istirahət məqsədilə istifadə olunmuşdu. Sovet dövründə, ötən əsrin 70-ci illərindən işğala qədərki dövrdə də bağ gəzinti və istirahət guşəsi olmuş, 1985-ci ildə Üzeyir Hacıbəylinin heykəli ucaldılandan sonra isə burada müntəzəm olaraq kütləvi mədəni tədbirlər və bayram konsertləri keçirilərdi.

Digər tarixi abidələr