XVIII əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 365
Şuşada mövcud olmuş 17 hamamdan biri. Şuşanın memarlıq abidələrinin içərisində özünəməxsusluğu ilə seçilən abidələrdən biri də Şirin su hamamıdır. Bu hamam 1878-1880-ci illərdə inşa edilib.Hamamın layihəsi tanınmış memar Kərbəlayi Səfixan Qarabağiyə aiddir. Şirin su hamamı Natəvanın hələ 1873-cü ildə Şuşaya çəkdirdiyi içməli su ilə işlədiyindən Şirin su hamamı adlandırılmağa başlanıbdır. Şirin su hamamı Şuşa şəhərinin 1992-ci il may ayının 8-nə kimi, yəni Şuşanın ermənilər tərəfindən işğal edilməsinə kimi fəaliyyət göstərirdi. Hamam şərq memarlıq üslubunda inşa edilib. Hamamda işlədilmiş suyun axıdılması üçün kanallar daş döşəmənin altından aparılmışdır ki, bu da isti döşəmə effekti verirmiş. İşğal zamanı hamamın binası möhkəm zədələnmişdir. Şuşa işğaldan azad ediləndən sonra hamamda bərpa işlərinə başlanmışdır.
İşğal zamanı binaya ciddi ziyan dəyib. 2024-cü ildə şəhər işğaldan azad edildikdən sonra hamam Heydər Əliyev Fondu tərəfindən bərpa edilib.
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5027
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142