XVIII əsrin ölkə əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 347
Yaşayış kompleksi məscid, kiçik yaşayış evi, böyük yaşayış evi, bulaq, hamam və yardımçı tikililərdən ibarət olub. Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrinən biridir. İşğaldan sonra böyük bina və hamam tamamilə dağıdılıb. Mehmandarovların kiçik yaşayış binası da uzun illər baxımsız qalmışdı. Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirmişdir. Bulağın üzərində olan və tarixini özündə əks etdirən daş kitabələr də erməni işğalçıları tərəfindən məhv edilmiş, bulağa gələn su qurumuşdur. Şuşa işğalçılardan azad edildikdən sonra Mehmandarovların malikanə kompleksi bərpa edilmişdir.
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5027
XVIII əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5133
XIX əsrin yerli əhəmiyyətli memarlıq abidəsidir. İnventar nömrəsi: 5142